"Azerbaijan multiculturalism" Scientific and Education Center


"Azerbaijan multiculturalism" Scientific and Education Center


Welcome


Hörmətli ziyarətçilər! “Azərbaycan multikulturalizmi” elm-tədris mərkəzi Qafqaz Universitetinin Elmi Şurasının 26 noyabr 2016-cı il tarixli QU-15000-000/166 saylı əmri ilə Universitetin nəzdində təsis edilmişdir. 

Mərkəzin ideoloji bazasını ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq fəlsəfəsi, tarixi ənənələrə əsaslanan milli vətənpərvərlik ideologiyası və Prezident İlham Əliyevin bu gün Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətinə çevirdiyi Azərbaycan multikulturalizmi təşkil edir.

Mərkəzin azərbaycançılıq fəlsəfəsi, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təhlili, Azərbaycan və dünya multikulturalizm modellərinin tədqiqi ilə bağlı nəşrləri, elektron vəsaitlərdən ibarət kitabxanası və müasir tələblərə cavab verən texniki avadanlığı istifadəçilərin ixtiyarına verilmişdir. 

Mütəmadi olaraq yenilənən səhifəmizdə fəaliyyətimizlə tanış ola bilərsiniz!

 

https://www.youtube.com/watch?v=7mREyGDtNjg?wmode=opaque' frameborder='0' allowfullscreen>

Custom links